İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini “Əzəmətli Peyğəmbər (s) 19” hərbi təlimi mövzusunda keçirilən mətbuat konfransında Rəcəb ayının gəlişi və general Süleymaninin şəhadətinin ildönümünü xatırladaraq, deyib:
Bu gün İran İslam Respublikası müstəkbir güclərin birgə və sürətləndirilmiş təhdidləri və fitnələri ilə üz-üzədir.
Amerika və İsrail Qərbi Asiyada müharibə və soyqırımı davam etdirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü deyib: İran uzun müddətdir ki, istənilən miqyasda iri və mürəkkəb döyüşlərə tam hazırdır.
Biz ilahi gücə və xalqın müdafiə gücünə arxalanırıq.
Biz əvvələr də təhlükəsizlik, mədəni, müharibə və hər cür təhlükəli fitnələrlə üzləşmişik.
Naini dedi: “Dürüst vəd əməliyyatları bizim tükənməz gücümüzün kiçik bir hissəsi idi”.
Düşmən də bilir ki, işğal olunmuş ərazilərin səması bizim üçün açıq və müdafiəsizdir.
Biz çox həcmli və daha dəqiq, sürətlə və məhvedici hərəkət edə bilərik.
Silahlarımızın və raketlərimizin gücü və istehsal sürəti həm kəmiyyət, həm keyfiyyət, həm də dizayn baxımından günü-gündən artır.
O, əlavə etdi: Düşmən heç bir döyüşdə bizdən üstün olmayıb və biz düşməndən heç vaxt kəşfiyyat məğlubiyyətinə məruz qalmamışıq və düşmən də İrandan məğlubiyyətlərini kompensasiya etmək üçün düşüncə müharibəsi ilə bir dastan yaradır və milli ruhiyyəni zəiflətməyə çalışır. Biz psixoloji müharibə mühitindəyik. Düşmən hər gün millətin iradəsini, ruhunu şübhə altına almağa çalışır.
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü deyib: Biz düşmənlərə deyirik ki, biz vaxtında tədbir görməyə hazırıq və lazım olan işi təxirə salmırıq.
Qafqaztimes
mashreg