İraq İslami Müqaviməti sionist rejimin Suriyadakı hərbi mövqesinə olan hava hücumunun məsuliyyətini öz üzərinə götürməsi barədə bəyanat yayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimətinin bu gün səhər (4 aprel) yayımladığı bəyanatda deyilir: Suriyanın sionist rejim tərəfindən qəsb edilmiş Cövlan yüksəkliklərindəki “Ramat David” hava qüvvələrinin hərbi düşərgəsinə aviazərbələrin məsuliyyətini öz üzərimizə götürürük.
İraq İslami Müqavimətinin bu bəyanatı Suriyanın Cövlan yüksəkliklərində partlayış səsinin eşidilməsi barədə xəbərdən bilafasilə sonra yayımlanıb. Bu xəbər Sputnik xəbər portalında elan edilib.
Yerli qaynaqların məlumatına görə, Cövlanın cənub bölgəsi olan Keyşitə Suriya tərəfdən raket atılıb.
