QafqazTimes xəbər verir ki, şənbə günü Ərəb Liqası daimi nümayəndələr səviyyəsində Suriyanın Liqanın iclaslarında iştirakının dayandırılmasının aradan qaldırılması məsələsi ilə bağlı iclas keçirib.
Səudiyyə mediası şənbə günü gecə birlik üzvlərinin Suriyanın təşkilata qayıtmasını geniş şəkildə dəstəklədiyini bildirib.
Səudiyyə Ərəbistanının “Okaz” qəzeti ərəb diplomatik mənbəsinə istinadən yazıb: “Ərəb Liqasının daimi nümayəndələr səviyyəsində keçirilən fövqəladə iclası Suriyanın 11 il sonra öz kürsüsünə qayıtmasına geniş dəstəyin şahidi oldu.”
Kimliyi açıqlanmayan mənbə deyib: “Suriyanı Ərəb Liqasındakı boş kürsüsünə qaytarmaq qərarı ərəb xarici işlər nazirlərinin əlindədir və bu, Birlik Şurasının iki fövqəladə iclasında qəbul ediləcək.
Həmçinin, Əl-Ərəbiyyə xəbər kanalı dünən gecədən etibarən öz internet səhifəsində Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı iki xəbər dərc edib. Bu telekanal bu gün son hesabatında yazıb: Suriyanın Ərəb Liqasına qayıtması ehtimalı var!
Ərəb Liqasının Suriyanın üzvlüyünü dayandırması ilə nəticələnən Suriyadakı böhranın başlamasından 12 il sonra və Qərbin Suriya rejimini devirmək üçün bütün səyləri uğursuzluğa düçar olduqdan sonra ərəb ölkələri Dəməşqi Ərəb Liqasına qaytarmağa çalışırlar.