Türkyənin İstanbul şəhərində 28 yaşlı gənc insanların gözü qarşısında özünü yandırıb.
Qalata qülləsinin yanına gələn Abdullah Cihat Turan P. ağır yanıq xəsarətləri alıb. Gəncin alov içində yandığı zaman ətrafdakı vətəndaşların kömək etmək əvəzinə telefonları ilə selfi çəkmələri diqqətdən yayınmayıb.
Ətrafdakı mağaza sahibləri yanğınsöndürənlə hadisəyə müdaxilə ediblər. Əraziyə çağırılan səhiyyə qrupunun xəstəxanaya apardığı şəxs müalicə olunur. Diqqət çəkən məqamlardan biri də, həmin şəxsin özünü yandırmazdan əvvəl hadisə baş verən Beyoğlu ərazisində cəllad geyimində gəzməsi olub.