Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri verdiyi açıqlamada bu ölkənin raket qüvvələrinin sionist rejimə qarşı uğurlu hərbi əməliyyat keçirdiyini açıqlayıb. O, bu bəyanatında bildirib ki, bu hərəkət sionist rejimin məzlum Qəzzə xalqına qarşı cinayətlərinə cavab və Fələstin xalqı və onun mücahidlərinə dəstək olaraq həyata keçirilib.
Bu bəyanata əsasən, Yəmən silahlı qüvvələri “Fələstin 2” ultrasəs ballistik raketindən istifadə edərək işğal altındakı Hayfa bölgəsinin cənubunda sionist rejimə məxsus “Urut Rabin” elektrik stansiyasını hədəfə alıb.
Yəhya Səri bu hücumun vəd edilmiş fəth və müqəddəs cihad döyüşündəki dəstəyin beşinci mərhələsinin bir hissəsi olduğunu vurğuladı.
Bu, sionist rejimin Yəmən ölkəsi və Fələstin xalqına qarşı davamlı təcavüzünə cavab olaraq edilib.
Sonda o, Yəmən silahlı qüvvələrinin İsrail rejiminin cinayət və təcavüzləri davam edəcəyi təqdirdə sionist düşmənə qarşı daha çox əməliyyat keçirməyə hələ də hazır olduğunu açıqlayıb.
Qafqaztimes
Al-alam