Yəmən silahlı qüvvələrinin mətbuat katibi Səudiyyə Ərəbistanı koalisiyasına aid Çin istehsalı olan bir dronun Yəmən səmasında məhv edildiyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Yəhya Səri bu gün (22 mart) twetter hesabında yazıb: Yəmən hava qüvvələrinin müdafiə sistemi ilahi yardımlar nəticəsidnə Səudiyyə Ərəbistanı koalisiyasına aid Çin istehsalı olan WING LOONG kəşfiyyat dronunu qanunsuz olaraq Yəmən səmasına daxil olduğu üçün məhv etdi.
Yəhya Səri həmçinin yazıb: Məhvetmə əməliyyatı dünən günorta (21 mart) Əl-Cəvf əyalətində yer-hava anti-raket sistemi ilə həyata keçib.
Yəhya Səri həmçinin Yəmən hava qüvvələrinin Səudiyyə koalisiyası tərəfindən ölkə hüdudlarını poza biləcək yaxud hər hansı bir təcavüzkarlığın qarşısını almağa hər an hazır olduğunu elan edib.