Yəmən Ali Siyasi Şurasının üzvü düşmən əleyhinə hələ hərbi sürprizlərin qarşıda olduğunu, əksər əməliyyatlarının mediaya sızdırılmadığından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əli Əl Husi Əl Məsirə telekanalına verdiyi müsahibədə deyib: Bir çox strateji hərbi əməliyyatlarımızı mediaların ixtiyarına vermirik. Düşmən tərəfindən torpaqlarımızın işğal edilməsi Fələstin xalqına yardımlarımızın çatdırılması üçün qarşıya qoyduğumuz məqsədimizə mane ola bilməz. Qırmızı dənizin sahillərindən və ya ondan kənarda biz ölkəni müdafiə etmək və Fələstinə kömək etmək kimi məqsədlərimizə nail ola bilərik.
Allahın köməyi ilə Silahlı Qüvvələrin əməliyyatlarının inkişafı və təkmilləşdirilməsi nəticəsində biz Amerikanın silah gücü ilə bağlı özünün yaratdığı mifi məhv etdik – deyə Məhəmməd Əli Əl Husi qeyd edib.