Yəmən ordusunun bir komandiri silahlı qüvvələrin düşmənlə hər hansı bir qarşılaşmaya hazır olduğunu vurğulayıb
Əl Aləm telekanalının məlumatına əsasən, Yusif Əl Mədəni bu gün (5 yanvar) deyib: Amerika-sionist düşmənin bütün planlarını puça çıxarmışıq və Yəmən silahlı qüvvələri xalqın dəstəyi ilə onların muzdurlarının hər hansı bir hücumuna qarşı tam hazırdır.
Yusif ƏlMədəni əlavə edib: Düşmənlər Yəmənin Qəzzə xalqına dəstəyini dayandıra bilmədi və boş yerə muzdurlarına bel bağladı. Halbuki onlar 10 ildən artıqdır ki, Yəmənin işğalında aciz qalmışdı.
Əl Mədəni qeyd edib: Bu günün məğlubları digər məğlublardan kömək umurlar. ABŞ və sionist rejimin bütün planları Yəmən xalqının oyaqlığı və möhkəmliyi qarşısında həmişə məğlub olacaq.