Azərbaycan Respublikası hərbi qaynaqları Türkiyə prezidentinin İsrailə təhdidləri əsnasında “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” ifadəsinə izahat verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Azərbaycan Respublikasının yüksək rütbəli hərbi rəsmisi bu gün (29 iyul) Rəcəb Təyyib Ərdoğanın İsraili təhdidləri əsnasında Qarabağ məsələsinə toxunmasına aydınlıq gətirərək deyib: Ərdoğanın bu ifadəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması şərtilə digər ölkələrin hərbi təcrübələrindən istifadə və torpaqlarının qorunması zəminində hərbi qüvvələrə müraciətdən başqa heç bir məfhum daşımır.
Bu rəsmi həmçinin 44 günlük 2-ci Qarabağ Müharibəsində Türkiyə və Pakistanın Azərbaycan Respublikasına siyasi dəstəkləri üçün prezident İlham Əliyevin çıxışlarında təşəkkürlər etdiyini vurğulayıb.
Xatırladaq ki, 44 günlük 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının 3 minə yaxın hərbi qüvvəsi şəhid olub və yüzlərlə cəngavəri isə qazidir.