Qafqaztimes xəbər verir ki, Türkiyə müsəlmanları arasında Əhli-beyt (əleyhissalam) sevgisi böyük əhəmiyyət kəsb edir. Bu ölkədə Məhərrəm ayında Peyğəmbərin (s) ailəsinin aşiqləri İmam Hüseynə (ə), onun müqəddəs ailəsinə və 72 nəcib səhabəyə müxtəlif üsullarla əzadarlıq edirlər. Türkiyə müsəlmanları Kərbəla hadisəsini və Aşura gününü yaşatmağa xüsusi diqqət yetirir və bu, onlar arasında bir vəzifə və zərurət kimi qəbul edilir.
Türkiyənin şiə vətəndaşları İstanbul, Ankara, Bursa və İzmir şəhərlərində Ağrı və Iğdır kimi vilayətlərdə yaşayır; Türkiyədə əza mərasimini görmək və iştirak etmək üçün bu şəhərlərdə olmalısan. Sünnilərin bəziləri də bu ayində fəaldırlar.
Ölkədə ehsan yeməklər bişirmək, küçələri qaraya örtmək, təziyə etmək, sinə döymək, mərsiyə oxumaq, dua oxumaq kimi mərasimlər icra olunur. Ən çox əza guşələrini İstanbulun Ədviyyat Bazarında görmək olar. Tasua və Aşura günləri ilə eyni vaxtda İstanbulun Üsküdar meydanında böyük sinəvurma qrupları toplaşır. Ayasofya məscidində Osmanlı üslubunda Təziyə və Aşura mərasimlərinin keçirilməsi Hüseyn əzadarlarının marağına səbəb olur.



Mehr Xəbər Agentliyi, Beynəlxalq Qrup, Elnaz Rəhmətnejad