Türkiyə Milli İstihbarat Təşkilatı sionist rejimin Mossad kəşfiyyat orqanına xidmət edən 13 nəfəri saxladığından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu casus şəbəkəsi il yarım ərzində Türkiyə xüsusi xidmətinin nəzarəti altında olub. İsrail kəşfiyyatı ilə bağlı şəbəkə İranla əlaqəli şirkətlərə qarşı casusluq edib
Məlumata görə, aşkar edilən özək Türkiyədə fəaliyyət göstərən hansısa İran şirkətini izləyib və İranla işgüzar əlaqəsi olan 23 nəfər də onun müşahidə obyektləri olub.
Hökumətyönlü “Daily Sabah” nəşri məlumat verib ki, bu özək Türkiyənin xüsusi xidmət orqanları və İstanbul prokurorluğu tərəfindən hələ yarım il əvvəl aşkar edilib, bütün bu aylar ərzində o, izlənilib.
Eyni zamanda, “Mossad”la Türkiyənin xüsusi xidmət orqanları arasında uğrulu əməkdaşlıq sayəsində Türkiyə ərazisində İranın israillilərə bir neçə terrorçu hücumlarının qarşısını alınıb.