Türkiyə XİN başçısı İran əleyhinə müharibə ilə nəticələnə biləcək hər hansı bir konflikti dəstəkləmədiyini deyib.
İRNA-nın məlumatına əsasən, Hakan Fidan bu gün (18 oktyabr) Türkiyənin milli televiziyası ilə müsahibədə deyib: Biz hər hansı bir konflikt istəmirik. Amma İran qanuni hüquqlarını müdafiə edərsə, bu onun təbii haqqıdır.
İran və İsrail arasındakı problemlərin müharibə ilə nəticələnmə ehtimalının güclü olduğunu qeyd edən Hakan Fidan həmçinin ölkəsi ilə bərabər bütün regionun buna hazır olmasının zərurətini vurğulayıb.
Türkiyə XİN başçısı bu müsahibədə Həmas siyasi bürosunun lideri Yəhya Sinvarın terroru barədə verilən suala belə cavab verib: Bu xəbər hələ Həmas tərəfindən təsdiqlənməyib. Biz də dəqiq xəbər gözləyirik.