Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirilib.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (28 may) səhərdən başlanan və saat 17:00 qədər davam edən seçkilərdə Rəcəb Tayyib Ərdoğan 52,91, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.
Türkiyədə 64 milyon 113 min 941 seçici üçün 191 min 884 seçki qutusu ayrılıb.
Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.
Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.
Ümumilikdə Türkiyədə 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64 milyon seçicinin seçkilərdə səs vermək hüququ var.
İlk turda Ərdoğan və Sinan Oğan müvafiq olaraq 49,5% və 5,2% səs toplamışdı. Qılıçdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq 0,4% səs toplamışdı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün Qılıçdaroğlu ilə mayın 28-ində keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı. Oğan Ata İttifaqının dağılmasının nəticəsi olaraq, 2-ci turda Ərdoğanı, ittifaqın ən böyük partiyası olan Zəfər Partiyasının lideri Ümid Özdağ Kılıçdaroğlunu dəstəklədi. Məhərrəm İncə isə öncədən seçkilər 2-ci tura qaldığı halda, Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirsə də, sonradan tərəfsiz qalmışdı.