Tunislilər ərəb ölkələrinin sionist rejim cinayətləri qarşısında susmalarına etiraz edərək, bu cinayətkar rejimin tammənalı dəstəkçisi Amerikanın müsəlman ölkələrində səfirliklərinin bağlanmasını istəyirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, tunislilər dünən axşam (30 avqust) paytaxtda bir yerə toplaşaraq ərəb dünyasının sionist cinayətlərinə susqunluğuna etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları İsrail rejiminin Qəzzə zolağında törətdiyi cinayətlərə dəstək verən Amerikanın ərəb ölkələrindəki səfirliklərinin də bağlanması, diplomatik əlaqələrin kəsilməsini istəyiblər.
Məlumata görə bu aksiya “Tunisdə Fələstin yavərləri” adlı qeyri-dövlət təşkilatının təşəbbüsü ilə keçirilib. İştirakçılar Fələstin xalqıa dəstək məqsədilə “Təcavüzkarlığa son”, “İqtisadi blokadaya son” və “”Tel Əvivə əlaqələrin normallaşması da cinayətdir” şüarları səsləndiriblər.
Əl Qüdsül ərəbi qəzetinin məlumatına görə tunislilər Qərb ölkələrinə də sionist rejimə hərbi dəstək verdikləri üçün “Amerika, Fransa, sizdə təcavüzkarsınız” və “ABŞ səfirliyi bağlansın, səfirlər ixrac olsun, bu milli tələbimizdir”