Bir polis məmuru Tunisin ən qədim sinaqoqlarından yaxınlığında silahla adi insanlara hücum edərək 4 nəfərin ölümü və bir neçə nəfərin yaralanmasına səbəb olub.
Əl Aləm telekanalının məlumatına əsasən, Tunis daxili işlər nazirliyi bəyanat yayaraq elan edib: Tunisin Curbah adasında yerləşən Qəriba sinaqoqu yaxınlığında bir polis adi insanlara silahla hücum edərək 2 yəhudi və 2 sinaqoq mühafizə işçisini öldürüb. Bu hadisədə daha 5 mühafizə işçisi və sinqoqda olan 4 nəfər ağır xəsarət alıb.
Tunis XİN-i bu insidentdə həlak olanların 2 nəfərinin yəhudi və 1 nəfərinin fransalı olduğunu elan edib.
Qeyd edək ki, Qəriba Afrika qitəsinin ən qədim sinaqoqudur. 2002-ci ildə də bu məkana kamikadze hücumunda 21 nəfər həlak olmuşdu.
Tunis daxili işlər nazirliyi bu hücumun terror olmadığını iddia edib.