Suriya dövləti BMT baş katibinə müraciə məktubu ünvanlayaraq Amerika tərəfindən neftinin oğurlanmasının beynəlxalq konvensiyalara əsasən dayandırılmasını tələb edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Suriya XİN-i ölkəsinin şərq və cənub bölgələrində qanunsuz formalaşan ABŞ yaraqlılarının təcavüzkarlığı, həmçinin onlar tərəfindən neftin oğrulnma faktlarına dair ciddi tədbirlər görülməsini tələb edib.
Məktubda Suriyanın neft qaynaqları və mineral yataqlarına qarşı ABŞ təcavüzkarlığı, ölkə daxilində amerikan muzdurların terrorlarının dayandırılması, onlar tərəfindən rəsmi Dəməşqin 2011-ci ildən bu günə kimi 115.2 milyard dollar dəyərində zərər çəkdiyi bildirilib.
Xatırladaq ki, Suriya hökuməti dəfələrlə BMT-nin baş katibinə və təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq, ABŞ-ın cinayətlərinə son qoyulmasını istəyib.