Sudanda təsdiqləndiyi və riayət olunmadığı ötən iki dəfə atəşkəs rejiminin daha 3 gün uzadılmasına qərar verilib.
Əl Aləm telekanalının məlumatına əsasən, Sudan Çevik Reaksiya Qüvvələri ölkədə daha 72 saat atəşkəs rejiminin icrası haqqında bəyanat yayıblar.
İki dəfə 72 saatlıq ümumölkə atəşkəsinin icra mərhələsinə rəğmən, Sudanın paytaxtı Xartum şəhərində yerləşən prezident sarayı və silahlı qüvvələrin baş komandanlığı ətrafındakı döyüşlər davam edir.
Döyüşlər, Əbdülfəttah Əl-Burhanın komandanlığı altında olan Sudan ordusu ilə «Həmidəti» ləqəbli Məhəmməd Həmdan Daqlunun komandanlıq etdiyi sürətli reaksiya qüvvələri arasında aprelin 15-dən cərəyan edir.
Bu şiddətli döyüşlərlə bir vaxtda, Sudan ordusu digər əyalətlərdən Xartuma daha çox hərbi texnika gətirib və sürətli reaksiya qüvvələrinin mövqelərinə hücum etmək üçün yenidən qırıcılardan istifadə edir.
Ümumdünya Səhiyyə Təşkilatı, Sudanda vətəndaş müharibəsi başlayandan 528 nəfərin həlak olduğunu və 4599 nəfərin isə yaralandığını elan edib.