Sudanda mövcud daxili çaxnaşmalar barədə müəyyən bir qərara gəlinməsi üçün 72 saatlıq atəşkəs elan edilib.
Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ dövlət katibi Antoni Blinken Sudanda atəşbəs barədə razılığa gəlinməsi barədə bəyanatında deyib: 72 saatlıq atəşkəs 25 apreldən etibarən başlayır.
Bəyanatda həmçinin deyilir: Son 48 saat ərzində qızğın müzakirələrdən sonra 24 aprelin sonu və 25 aprelin başlanğıcından 3 gün müddətinə atəşkəs olması barədə razılıq əldə edilib.
Antni Bliknken həmçinin ABŞ Sudanda daimi atəşkəs elan edilməsi üçün komitənin təşkil edəcəyəini də iddia edib.
Qeyd edək ki, , 14 aprel 2023-cü ildə Sudan ordusu Sürətli Dəstək Qüvvələrinin Qərargahına basqın etdi. Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında yaranan qarşıdurma və ondan sonra başlayan münaqişələr ölkənin paytaxtı Xartumu tarixinin ən qaranlıq günlərini yaşatdı. Qanlı toqquşmalar Sudan ordusunu paramiliter Çevik Dəstək Qüvvələrinə qarşı gətirdi.
2021-ci ildə birgə çevriliş edən tərəflər, beynəlxalq səviyyədə dəstəklənən mülki idarəçiliyə keçid planları ilə bağlı fikir ayrılığına düşdülər.