Sionist rejimin radikal maliyyə naziri Qəzzə zolağına tam nəzarət üçün 50% cəmiyyətin oradan çıxmasının zəruri olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Haarets qəzeti bugünkü (26 noyabr) sayında yazıb: Bezazel Smotriç dünən Qəzzə əhalisinin yarısını boşaltmaq kimi təklif irəli sürdü. O, bu məqsədə çatmaq üçün əhalini miqrasiyaya təşviq etmək yollarının araşdırılmasını qeyd edərək dedi ki, biz yalnız bu minvalla Qəzzə zolağını tam kontrol altına ala bilərik.
Smotriç həmçinin Yəşa Şurasına aid bir konfransda da yeni cəfəng sözlər danışaraq deyib ki, ABŞ-ın yeni dövlət təyini ərəfəsində İordan çayı qərb sahilinin sionist qəsəbə sakinlərini könüllü miqrasiyaya sövqləndirmək böyük bir fürsətdir.
Smotriç əlavə edib: Belə bie ssenari bizim üçün “fərqli bir dünya” yarada, İsraili Qəzzəyə tam kontrol edəcəyi bir hala gətirə bilər.
Smotriçin iddiasına görə bu faydalı çıxış yolu İordan çayı qərb sahili üçün də keçərlidir.
1 şərh
Awesome! Itts really awesome piecce of writing,
I hasve goot mujch clear idea oon thee topic off from tis piece of writing.