Fələstin Müqavimət qruplarının “Əl Əqsa Tufanı” əməliyyatında sionistlərdən götürdükləri əsirlər və hərbi sursat Qərb sahilinə gətirilib.
Təsnim İnformsiya Agentliyinin bu gün (7 oktyabr) verdiyi məlumatına əsasən, işğal olunmuş ərazilərdə keçirdiyi “Əl Əqsa Tufanı” geniş əməlliyyatı keçirilib və mediada yayımlanan videolara istinadən sionistlərin xəsarəti çox böyük olub.
Deyilənlərə görə, fələstinlilər 15 sionist hərbçini əsir götürdükdən sonra çox sayda müharibə qənimətləri də əldə ediblər.
Həmasın Əl Qəssam döyüşçüləri rəhbərliyinin verdiyi açıqlamada “sionistləri Fələstindən süpürüb atmaq” vaxtının gəlib çatdığını deyib.
Həmasın verdiyi məlumatda sionistlərin bir neçə “Hummer” markalı hərbi avtomobilinin də zəbt edildiyi və bütün hərbi qənimət və əsirlərin İordan çayının qərb sahilinə köçürüldüyü deyilir.