İşğalçı sionist rejim qəsəbə sakinləri Nablos yaxınlığında fələstinlilərin evlərinə hücum çəkərək onların evlərini yandırmaqla kifayətlənməyib əkin sahələrini də xarabalığa çeviriblər.
Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin İnformasiya qaynaqları bu gün (25 may) sionist qəsəbə sakinlərinin Nablos yaxınlığındakı təcavüzkarlıqlarını əks etdirən videolar paylaşıblar. Bu videolar bütün sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.
Videolarda qəsəbə sakinlərinin fələstinlilərə qarşı vandallığı, onların ev və mülklərinə hücumları, evləri və əkin zəmilərini necə od vurduqları əks etdirilir. Nablos yaxınlığında yerləşən Burqa kənd sakinləri bu vandallığa sadəcə daş və çomaqla cavab vermək məcburiyyətində qalıblar.