Qafqaztimes xəbər verir ki, ibranicə Walla internet saytı Livan Hizbullahı ilə sionistlər arasında gərginliyin artmasından sonra işğal olunmuş Fələstinin şimalında yerləşən Kiryat Şmounehdə məskunlaşanların yalnız 10%-nin qaldığını və tərk edilmiş qəsəbənin qorxu filmi kimi bir hal aldığını vurğulayıb.
İvrit saytı Walla, bu qəsəbədəki dağıntıların miqdarına görə onu qorxulu “müharibə filmi” kimi təsvir edib.
Bu vebsayt qeyd edib: Köçkünlərin əksəriyyəti bir neçə gün ərzində evlərini tərk etdilər. Beləcə, bir ilə yaxındır ki, işğal olunmuş Fələstin torpaqlarının ən şimalındakı sionist qəsəbəsi yaşayışsız və demək olar ki, tamamilə tərk edilmiş vəziyyətdə qalıb.
Walla internet saytı qeyd edib ki, son iki həftədə Hizbullah ilə İsrail arasında gərginliyin artması onun müxbirlərinin qəsəbəyə girərkən gülləkeçirməz jilet geyinməsinə səbəb olub.
Artıq onuncu aydır ki, Hizbullah Qəzzə zolağında Fələstin müqavimətini dəstəkləmək üçün işğalçılara qarşı əməliyyatlarını davam etdirir.
Alalam