QafqazTimes xəbər verir ki, sionist rejimin Əl-Əqsa məscidi ətrafında ciddi təhlükəsizlik rejimi yaratmasına baxmayaraq, 50 min fələstinli bu məsciddə cümə namazında iştirak edib.
Fələstinli mənbələr sionist rejimin işğal olunmuş Qüdsdəki məhdudiyyətlərinə baxmayaraq, Məscidül-Əqsada 50 minə yaxın insanın cümə namazına qatıldığını elan ediblər.
Bundan əvvəl Məscidül-Əqsanın imamı Şeyx Əkrəmə Səbri sionist rejimin işğal olunmuş torpaqlarda və Məscidül-Əqsadakı planları və düşmənçilikləri barədə danışmışdı.
Məscidül-Əqsa imamı bununla bağlı deyib: “İşğalçı rejimin Məscidül-Əqsadakı planları heç vaxt reallaşmayacaq və Fələstin xalqı bu rejimin bu məscidin heç bir hissəsini nəzarətdə saxlamasına icazə verməyəcək.