Aylarla davan edən etirazlara baxmayaraq, İsrail rejim məclisinin (Knesset) Konstitusiya Komissiyasında Ali Məhkəmənin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanunun təsdiqlənməsindən sonra bir neçə nüvə alimi istefa verəcəklərini deyiblər.
Əl aləm telekanalının məlumatına əsasən, bu qanunun təsdiqlənməsinə olan etirazlar İsrailin nüvə mərkəzlərinə də sirayət edib və bəzi nüvə mütəxəssisləri belə bir şəraitdə fəaliyyətlərini dayandırmaları və vəzifədən istefa edəcəkləri barədə düşündüklərini elan ediblər.
İsrail KİV-lərinin yazdığına görə bu mütəxəssislər nüvə sahəsində bacarıqlı şəxslərdir və atom sektorunda məsuliyyətli işlər görürlər.
İbri dilli bir media etiraf edib ki, etirazçı nüvə mütəxəssisləri bir neçə həftə əvvəl toplaşaraq Knessetin böhranlı vəziyyətində sionist rejimə verdikləri mənfəətləri dəyərləndiriblər.
Kanal 13 elan edib: Bu mütəxəssislər çox önəmli vəzifələr daşıdıqları üçün İran üçün maraqlı şəxslər ola bilərlər və bu səbəbdən də sionist rejimin xüsusi mühafizəsi altındadırlar.
Verilən məlumata görə İsrailin gələcək nüvə həyatı bu alimlərdən asılıdır və onları əvəz edəcək mütəxəssis yetişdirilməyib.