Livan mediaları sionist İsrail rejimin Livan sərhədində izləyici kameralar quraşdırdığından xəbər verir.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail rejimin Livan əleyhinə təcavüzkarlıqlarının davamında bu ölkə sərhədində izləyici kameralar quraşdırıb.
Əl Minar telekanalı elan edib ki, saxtakar rejim BMT təhlükəsizlik şurasının 1701 saylı qətnaməsinə zidd olaraq Livanla sərhəd Əl Qəcər kəndinin şimalından azad zonalara doğru dəmir barlara kəşfiyyat kameraları quraşdırıb.
2006-cı ildə Əl Qəcər kəndinin bir daha işğal olunmasından 17 il keçməsinə baxmayaraq, sionist rejim bu kənd ətrafında kəşfiyyat kameralı dəmir barlar quraşdırmaqdan çəkinməyib.
Qeyd edək ki, 2006-cı il iyulun 12-də Livan Hizbullahının hərbi qolu ilə İsrail silahlı qüvvələri arasında qarşıdurma baş verib. Bu böhran bəzi deyimlərə görə Hizbullahın 2sionist hərbçini qaçırması ilə başlanıb və İsrail Livana hərbi hücumlar edərək Livan limanlarını dəniz mühasirəsinə alıb. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirib.
Bu qarşıdurmalardan 1 ay sonra BMT TŞ 1701 saylı qətnamə qəbul edərək tərəflərin hücumlarını dayandırıb və Litanni çayına qədər olan Cənubi Livan torpaqlarını işğal etmiş olan İsrail Livan və UNIFIL əsgərlərinin yerləşdirilməsinə paralel olaraq qüvvələrini geri çəkib.