Sionist rejimin bugünkü hərbi təlimlərində bir hərbçi həlak olub.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail rejim mediaları bu gün (14 avqust) işğal olunmuş Fələstində keçirdiyi manevrdə bir hərbçisinin vəfat etdiyindən xəbər versə də xarici medialar təlimlərdə qarşıdurma nəticəsində öldürüldüyünü deyirlər.
Məlumatlara görə sionist rejimin daxili çaxnaşmaları orduya da sirayət edib və ehtiyatda olan hərbçilər, o cümlədən hava qüvvələri zabitləri və pilotlar etiraza qalxıb və tələblərinin yerinə yetirilmədiyi zamana qədər vəzifələrini yerinə yetirməyəcəklərini elan ediblər. Belə ki, baş nazir benymin Netnyahu kinayə ilə “Sən demə İsraili ordu idarə edirmiş” deyərək onların tələblərinə etinasızlıq göstərib.
Bir tərəfdən İsraildə 8 aydır sürən etiraz aksiyaları və müxalifətin “məhkəmə reformasiyası”na olan narazılıqları, digər tərəfdən xarici siyasətdə uğursuzluq və işğal olunmuş Fələstindəki müqavimət qruplarının güclənməsi İsraili iflic vəziyyətinə salıb.