İran Xarici İşlər Nazirliyinin mətbuat katibi cinayətkar terrorçuların İran İslam Respublikasının və İranın fədakar qüvvələrinin ötən illər ərzində terrorizmin xəbis və alçaq vücuduna vurduqları ağır zərbələrin intiqamını zəvvarlardan almaq niyyətində olduqlarını, amma İranın bu terror qüvvələrindən intiqam alacağını deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə Nasir Kənani bu gün (14 avqust) Həzrət Əhməd ibn Musa(ə)-ın Şiraz şəhərində yerləşən pak hərəmində baş verən terror hadisəsini tənqid edərək deyib: Bəziləri sırf regionda olmaq üçün İŞİD və digər və təkfirçi qruplardan yararlanaraq xəbis məqsədlərinə çatmağa can atırlar.
Xatırladaq ki, dünən axşam (13 avqust) İranın Şiraz əyaləti Əhli Beyt (ə) yadigarı Şah Çıraq məqbərəsində terrakt baş verib. Bu hadisədə 1 nəfər həyatını itirib və 8 nəfər yaralanıb. İran DİN-nin məlumatına görə bu hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər həbs edilib. Məlumata görə silahdan atəş açan əsas amil Tacikistan vətəndaşıdır.