Psixoloji sarsıntılara düçar olan sionist rejimin işğalçılıq xüsusiyyəti onu bir fələstinli üçün 800 illik həbs cəzası kəsib.
Əl Aləm telekanalının məlumatına əsasən, bir neçə övladını şəhid vermiş və bir neçəsi də əsir olan fələstinli ana Haciyə Huriyə sionist rejimin bir övladına 800 illik həbs cəzası kəsdiyini deyib.
Vətən uğrunda canımı fəda edib övladlarımı da bu əhval-ruhiyyədə böyütdüyünü deyən Haciyə Huriyə deyib: Sionist rejim təkcə oğlum Səidi məndən uzaq salmadı, həm də 2 oğlumu da şəhid etdi və Məhəmmədimi yenə də həbsə apardı.
Fələstinli qadın 21 ildir ki, sionist rejim həbsxanaları yollarında olduğunu, amma övladları ilə görüşə bilmədiyini deyərək sadəcə övladlarının aclıq aksiyasına davam gətirə bilmədiyini söyləyib.
Haciyə Huriyə bir daha övladlarını sırf vətəni qorumaq, ləyaqətli müsəlman və sionist işğalçılarına qalib gələnədək müqavimətdən əl çəkməyəcəyini də vurğulayıb.