Sionist rejim rəsmisi deyib: Saleh Əl Aruvinin qüdrəti çoxdur və Qərb sahilində cərəyan edən hadisələr Tel Əvivə baha başa gələ bilər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail ordusunun keçmiş mətbuat katibi Runin Menlis deyib: Məncə Saleh Əl Aruvinin son aylardakı fəaliyyəti onun güc sahibi olduğunu təsdiqləyir. Həmas rəsmiləri Livanda əyləşib planlar cızır və İsrail rejimi də Hizbullahın qorxusundan birbaşa onları hədəfə ala bilmir.
Runin Menlis daha sonra deyib: Hizbullah İsrailin zəifləməsindən istifadə edib sərhəd bölgələrindəki təhdidlərini şiddətləndirir. Onların 2004-cü ildə qəsəbə sakinləri və ordu əleyhinə hücumlarını 2023-cü illə müqayisə etdikdə bu ili ən çətin il kimi dəyərləndirmək olar. Fələstin Özünüidarə Təşkilatı da qərb sahilindəki tam idarəetməni itirdiyi üçün İsrail ordusunun bu məntəqəyə olan əhatəsi azalıb. Bu narahatedici haldır.