İsrail rəsmilərindən biri ABŞ-ın Tel Əviv-Riyaz münasibətlərinin normallaşmasına göstərdiyi canfəşanlığın sırf Çinlə qarşıdurmada ehtiyacı üzündən olduğunu deyib.
Fars İnfrormasiya Agentliyinin məlumatına əsasən, ABŞ Qərbi Asiyada mövqeyini gücləndirmək və Çin əleyhinə hazırlıqlı olmaq üçün Tel Əviv-Riyaz sazişi üçün can atır.
İsrail rəsmisi həmçinin ABŞ-ın İsrail-Ərəbistan münasibətlərinə təlaşı üçün Tel Əvivdən nələr tələb etdiyi hələ məlum deyil. Amma gedişata görə Joe Baydenin 2024-cü il prezident seçkilərində İsrailin dəstəyinə böyük ehtiyacı olduğu məlum məsələdir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərinin normallaşması üçün Tel Əvivdən işğal olunmuş Fələstində qəsəbəsalma siyasətini dayandırması, ABŞ-dan isə sülhsevər nüvə fəaliyyəti üçün dəstək istəyib ki, bu iki şərt İsrailin mövcudluğunu təhlükə altına salır.