Sionist rejim mediları Tel Əviv rəsmilərindən ibarət bir heyətin Səudiyyə Ərəbistanına rəsmi səfərə getməsindən xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanı ilk dəfədir ki, sionist rəsmi heyətin ölkəsinə daxil olmasına icazə verir. Bu rəsmi heyət Səudiyyə Ərəbistanında keçiriləcək UNESCO konfransında işitrak etmək məqsədi daşıyır.
Səudiyyə Ərəbistanının vizada gecikdirmə prosesinə görə İsrail XİN rəsmilərindən ibarət olan bu heyətə başçılıq edən Eli Kohen, Yuaf Kiş və daha netanyahu kabinetinin 2 sionist naziri bu konfransa qatıla bilməyəcək.
Xatırladaq ki, sionist rejim son zamanlar Səudiyyə Ərəbistanı ilə diplomatik münsibətlərini normllaşdırmaq üçün Riyazın şərtlərini qəbul etməmək şərtilə məqsədinə çatmağa can atır.