Sionist rejim mediaları Həmas liderinin Qəzzə müharibəsi vasitəçisinə sionist əsirlərin mübadiləsi zəminində “hamı qarşılığında hamı” şüarı mesajı verdiyindən xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, Kan televiziyası Misirin agah mənbələrinə istinadən elan edib ki, Fələstin müqaviməti ilə İsrail arasında yeni atəşkəs və girov mübadiləsi mövzusunda vasitəli müzakirələr baş tutub.
Məlumata görə Yəhya Əl Sinvar vasitəçilərə deyib ki, artıq atəşkəs barədə razılaşmanın vaxtı keçib və girov mübadiləsində isə yeganə məsələ “hamı qarşılığında hamı” prinsipi əsasında baş tuta bilər.
Livanın Əl Əxbar qəzeti yazır: Girov mübadiləsi zəminində İsrail-Həmaz müzakirələri davam edir və hələ ki, 1israilli girov qarşılığında 10 fələstinli prinsipi qüvvədədir.
Əl Əxbar yazır: İsrail rejimi son qərardan əvvəl əsirlərin adlarından xəbərdar olmaq istəyir ki, prioritetlər üzərində manevr edə bilsin.
Bundan əvvəl də Kan televiziyası girov mübadiləsində uzaq gələcəkdə ğnəmli proseslərin baş verəcəyindən xəbər vermişdi.