QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Penza (RF) qubernatorunun müavini Sergey Fedotov rüşvətdən imtina etdiyi üçün mükafatlandırılıb. Ona 3 mln rubl rüşvət təklif edilib. Fedotova bu vətəndaş məsuliyyətinə görə 47 min rubl mükafat təqdim edilib. Günün qəhrəmanı bu məbləği Rusfonda, ağır xəstə uşaqlara kömək xeyriyyə fonduna köçürüb.
Fedotova rüşvət təklif edən məmur xanım administrasiya rəhbəri olmaq üçün kömək istəyib. Rüşvət təklif etmək ittihamı ilə cinayət işi açılıb. Ötən həftə Krasnodar meri rüşvət aldığı üşün haqqında cinayət işi açılıb.
Rüşvət cinayətdir, əxlaqsızlıqdır, günahdır. İstər qanun, istər insanlıq, istər din rüşvəti rədd edir. Rüşvətxorluq olan yerdə cəmiyyət əzab çəkir, insanlar haqqını ala bilmir.