RussiaToday İnformasiya Agentliyi Amerika Kəşfiyyat İdrəsinin CİA Cənubi Qafqaz şöbəsi kimi Ermənistanda gizli fəaliyyəti barədə məlumat verib.
Əl Aləm telekanalının məlumatına əsasən, ötən həftə Azərbaycan Respublikası ilə sülh müqaviləsi bağlayaraq Qarabağı bütünlüklə öz ölkəsinə təslim edən rəsmi İrəvan CİA kəşfiyyatçılarına ev sahibliyi edirmiş.
RT-nin yayımladığı məqalədə ABŞ dövlət departamenti müavininin İrəvana son səfəri və kəşfiyyatçılarının Ermənistanda olan fəaliyyətinin heç də xoşagələn olmadığı deyilir. Amma ABŞ bu əlaqələrin sırf “Amerikanın Qarabağda baş verən son kobudluqlardan mənşələnən hadisələrlə əlaqədar humanitar ehtiyacları, Ermənistan hakimiyyətinə, ərazi bütövlüyü və demokratiyaya dəstəyinin araşdırılması məqsədi ilə” baş tutduğunu iddia edir.
RT agentliyi statistik faktlara əsasən Amerikanın son zamanlar Ermənistana maddi-hərbi dəstəyinin CİA vasitəsilə olduğunu iddia edir və yazır: ABŞ müdafiə nazirliyi Ermənistanda “Bioloji təhdidin azalması” adı altında bir mərkəz yaratmaq istəyir. Amma bu mərkəzin məqsədi bioloji silahların istehsal edilməsidir.
İRNA-nın məlumatına görə Rusiya XİN-i Ermənistan baş naziri Nikol Paşinyanın Qərb ölkələrinə meyllənməsinin çox təhlükəli olduğunu, Amerika və qərb ölkələrinin Rusiyaya zərbə vurması üçün İrəvandan sui-istifadə etdiyi barədə xəbərdarlıq edib.