QafqazTimes.ru AiF-ə istinadən xəbər verir: Müasir dünyada siyasi problemin hərbi yolla həlli narazılıqla qarşılanır. Bu təcrübəni ABŞ ənənəyə çevirib. Vaşinqtonun bir zaman Kubaya, Vyetnama, Kambocaya, hazırda Əfqanastana, İraqa, Suriyaya hərbi müdaxiləsi faktdır. İndi ABŞ Rusiyanı hərbi müdaxilədə ittiham edir. Bəli, Rusiya mələk deyil. Amma Moskva bu addıma vadar edilib. NATO-nun Rusiyaya doğru genişlənməyəcəyini vəd edən Amerika Ukrayna üzərində manevrlərlə Rusiyanın səbir kasasını daşdırıb. Hətta NATO üzvü olan ölkələr ABŞ-ın bu siyasətindən narazıdır. Çexiya NATO üzvü kimi Ukraynada NATO qüvvələrinin iştirakına yox deyib.
Hamı müharibənin tezliklə başa çatmasını arzulayır. Amma Rusiyanın Ukraynaya ordu yeritməsi bir daha sübut etdi ki, kiçik, zəif dövlətlər böyük dövlətlər arasında oyuncaq olmamalı, ehtiyatlı siyasət yürütməlidir.
Videoda Rusiyanın Ukraynaya desant endirməsi görüntülənib.