Rusiya Federasiya Şurasının spikeri Avropa Parlamentindən Quranı yandıranları cəzalandırılmasını istəyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Valentina Matviyenko deyib: Avropa Parlamenti İsveçdə Qurana qarşı ehtiramsızlıq kimi dini atributlara zərbə vurmaq işində məsuliyyət daşıyanları açıq-aşkar cəzalandırmalıdır.
Valentina Matviyenko telegram hesabında yazıb: Rus senatorları da Avropa parlamenti nümayəndələrindən tolerantsızlıqla və radikalcasına rəftar edən şəxləri cəzalandırılmasını, digər din nümayəndələri və müsəlmanların hüquqlarının müdafiə olunmasını, ekstremist amillərin ədalətə tapşırılmasını istəyir.
Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb. Bu isə dünya ictimaiyyətinin etirazlarına səbəb olub.