Rusiya Ermənistan və Azərbaycan Respublikasını yeni yaranmış konfliktlərinin diplomatik yolla həll etməyə dəvət edib.
İSNA-nın məlumatına əsasən, Rusiya Xİ sövçüsü Mariya Zaxarova deyib: 11-12 may tarixində Ermənistan və Azərbaycan sərhədlərində yaşanan atəşkəs rejiminin pozulması arzuolunmaz hal deyil və hər iki tərəf bu konfliktin şiddətlənməməsi üçün şərait yaratmamalı, gərginlikdən uzaq durmalıdırlar.
Zaxarova həmçinin deyib: Biz bu konfliktin diplomatik və siyasi yolla həll olunması üçün əlimizdən gələni edirik mayın 19-da Moskvada keçiriləcək üçtərəfli müzakirələrin təsirli olacağına ümid edirik.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Rusiya tərəfinin ev sahibliyi ilə Moskvada görüşəcəklər.