Səudiyyə Ərəbistanı Nazirlər Şurası Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusu verən Anlaşma Memorandumunu təsdiqləyib.
Fars İnformaisya Agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanı nazirlər şurası (28 mart) müvafiq sənəd Ciddədəki Əl-Salam sarayında Kralın başçılığı ilə Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin iclası zamanı imzalanıb. İclasda Kral Salman bin Əbdüləziz, həmçinin Krallıq və Çin arasında texniki və peşə təhsilinin başlanmasına dair sazişi təsdiq edib.
Etibarlı qaynaqlar bu iclasın detalları barədə heç bir məlumat yaymadan yalnız bu qərarın “Aramco” şirkətinin Çində milyardlarla dollar investisiya qoyluşunu artırması və Çin prezidentinin Riyaza ötən ay səfəri ilə əlaqəli olduğunu deyirlər.
Avrasiya regionunun siyasi, iqtisadi, beynəlxalq təhlükəsizlik və müdafiə təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatına Çindən başqa İran və Rusiya da daxildir.
