Reuters Agentliyi İranın Bəşar Əsədə dəstək məqsədilə Suriyaya dron, raket və hərbi müşavirlər göndərmək niyyətində olduğunu iddia edib.
İRNA-nın məlumatına əsasən, bu barədə İranın yüksək vəzifəli məmuru bildirərək deyib: Tehran Suriyada hərbi müşavirlərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb.
İngiltərənin bu agentliyi həmçinin iddia edib ki, Tehran hal-hazırda informasiya və peyk xidmətləri dəstəyi göndərməklə məşğuldur. Amma hələ canlı qüvvə göndərməyib.