Livan Hizbullahının baş katibi bu gün (6 mart) “Qazilər Günü” münasibəti ilə videoçıxışında regionda və ölkəsində baş verən hadisələrə münasibət bildirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah qaziləri qələbə ismarıçları və fədakarlıq nümunələri adlandıraraq deyib: Yeni nəsil işğalçı sionist həbsxanalarında minlərlə insan əsirin hansı çətinliklər çəkdiklərini yadda saxlamalı, onların ailələri tək qalmadıqlarını bilməlidirlər.
S.H.Nəsrullah həmçinin Qərb sahili, Qüds, Nablus və bütün Fələstin xalqının taleyini yaşayan livanlıların da işğalçıların təcavüzünə məruz qaldığını vurğulayaraq deyib: Sionistlərin vəhşiliklərini sübut etməyə ehtiyac yoxdur. Biz qəsəbə sionistlərinin həqiqi üzünü yaxşı tanıyırıq.
Hizbullahın baş katibi əlavə edib: Müqavimətçi xalqımız quru və su səhrədlərimizi və neft quyularımızı qoruyur. Düşmən də müqavimətin onların pusqusunda olduğunu yaxşı bilir.
H.Nəsrullah İran və Suriyanın müqaviməti dəstəkləməsini gündəmə gətirərək qeyd edib: Livanda siyasi boşluqlar, Fələstin və Livan sərhədlərində baş verən son olaylar, İordaniya, Misir, ABŞ və İsrail rejiminin arxa bağça iclasları regionun müqavimətinə mənfi təsir göstərməyəcək.
