QafqazTimez.com Mashregh-a istinadən xəbər verir: ABŞ etibarsız müttəfiq, etibarsız tərəfdaş, danışıqlarda etibarsız tərəfdir. Vaşinqton bunu dəfələrlə sübut edib. İranla nüvə razılaşmasını birtərəfli olaraq tərk etməsi, Ukraynanı Rusiya ilə konfliktə sürükləyib bu gün tək qoyması deyilənləri bir daha təsdiqlədi.
Vyanada İranla Üçlük və qeyri-rəsmi olaraq ABŞ arasında nüvə müzakirələri davam edir. Belə həssas vaxtda ABŞ İranı təkbətək – ikitərəfli danışıqlara dəvət edib. Bu təklif ilk növbədə müttəfiqlərə hörmətsizlikdir. Qətər səfərində Qətər əmiri İran prezidenti Rəisiyə amerikalıların məkrubunu çatdırıb. Rəisinin cavabı yubanmayıb: Vyanada danışıqlarda iştirak edirlər, ikitərəfli danışıqlara ehtiyac görmürəm!
