Qoşulmama Hərəkatı Həmas siyasi bürosu rəhbərinin Tehranda hava hücumu vasitəsilə terror edilməsini beynəlxalq qanunlarla birlikdə İran İslam Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulması kimi dəyərləndirib.
Əl Aləm telekanalının məlumatına əsasən, QH dünən gecə (6 avqust) yayımladığı bəyanatda qeyd edib: Biz İsmail Həniyyənin qətli ilə nəticələnən İsrail rejiminin bu terrorunu qəti şəkildə pisləyir, bu hadisənin İran suverenliyi və beynəlxalq qanunların pozulması olduğuna inanırıq.
Bəyanatda həmçinin vurğulanır: Bu terror hadisəsi beynəlxalq insan hüquqlarının pozulması, BMT nizamnaməsinə əsasən, yaşamaq hüququ, ərazi bütövlüyü və suverenlik haqqına zidd bir hadisədir. Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligend Movement NAM) – heç bir hərbi bloka tərəf olmayan, 120 dövltin üzv olduğu, digər 17 ölkə və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq bir təşkilatdır.