QafqazTimes.com unn-com.ua-ya istinadən xəbər verir: Eks-bankir, sabiq energetika naziri Ablyazov özünü Qazaxıstanda aksiyaların lideri adlandırıb. Muxtar Ablyazov hazırda Parisdə yaşayır. O bu barədə Reuters-ə müsahibəsində deyib. Ablyazov deyib ki, aksiyaçılar onunla əlaqə saxlayır, növbəti addımlar barədə məsləhətləşir.
Ablyazov Qazaxıstanda nazir postundan istefa verdiyi zaman rüşvətxor Nazarbayev sistemində işləməyin mümkün olmadığını vurğulamışdı. Bundan dərhal sonra onun haqqında dövlət vəsaitini mənimsəmə ittihamı ilə cinayət işi açıldı. Amma sabiq nazir və bankir ölkəni tərk edə bilmişdi. Leon məhkəməsi onun ekstradisiyası barədə hökm çıxarsa da, Ablyazov Fransada yaşamaqda davam edir.
Qazaxıstanda etirazların əsas səbəbi qiymətlərin artmasıdır. 1 yanvarda təkcə avtomobil qazının qiyməti 2 dəfə artırılıb.