Misirin xarici işlər naziriyi Qurani Kərimə hörmətsizliyin təkrarlanması səbəbilə Danimarkanın Qahirədəki səfirinə xəbərdarlıq edib.
Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Danimarka səfirinin Misir XİN-ə çağırılmasına səbəb bu ölkədə Qurani-Kərimin yandırılma faktının təkrarlanmasıdır.
Misir XİN-in bəyanatında deyilir: Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müqəddəs Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq.
Qeyd edək ki, Qurban bayramı ərəfəsində İsveçdə iki dəfə Qurani Kərimin yandırılmasından sonra iyulun 25-də Misirin Danimarkadakı səfirliyi qarşısında da Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.
Misir XİN sözçüsü həmçinin söz azadlığı bəhanəsi ilə Quran yandırılmasını pisləyib.