QafqazTimes xəbər verir ki, HƏMAS İslami Müqavimət Hərəkatı bu gün (4 sentyabr bazar günü) sionist rejimin iki casusu da daxil olmaqla beş nəfərin edam edildiyini elan edib.
Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, Qəzza zolağında Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyi bu gün səhər saatlarında 2 sionist rejim casusu olmaqla 5 nəfərin edam hökmünü icra edib.
Bu bəyanata əsasən, bu beş müttəhimdən üçü qətl, ikisi isə sionist rejim üçün casusluğa görə edam edilib. Təqsirləndirilən şəxslər yerli məhkəmədəki proseslərə əsasən mühakimə olunub və onlara tam müdafiə hüququ verilib.
Bu xəbərə görə, adının baş hərfləri “NA” olan müttəhim 1978-ci il təvəllüdlü və Qəzza şəhər sakini olub. O, 30 oktyabr 2009-cu ildə təsdiq edilmiş Fələstin İnqilabi Cəza Qanununun 131-ci maddəsinə əsasən xarici düşmən tərəflərə casusluq ittihamı ilə həbs edilib. O, 2001-ci ildən sionist rejimin casusluq xidməti ilə əlaqə saxlamış və Fələstin vətəndaşlarının qətli üçün lazımi məlumatları İsrail casus zabitlərinə çatdırmışdır. Bu gün onun edam hökmü odlu silahla icra olunub.
Qısaldılmış adı “X.S” olan ikinci casus isə 1969-cu il təvəllüdlü və Xanyunis sakinidir. O, 2015-ci il fevralın 15-də eyni ittihamla həbs edilib. Qeyd edilən şəxs 1991-ci ildən sionist casusluq xidməti ilə əlaqə saxlamış və müqavimətçilərin şəxsi məlumatları, raket atış məntəqələri və raket istehsalı mərkəzləri ilə bağlı bütün məlumatları düşmənə çatdırırmış.