Bu gün daha bir fələstinli jurnalist işğalçı rejimin Rəfahdakı hücumlarında şəhid olub.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (25 aprel) Fələstin xəbər agentliyinin müxbiri Məhəmməd Bəssam Əl Camal Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində evinə edilən bombalı hücumda şəhid olub. Bu hücumda ondan başqa daha 6 nəfər şəhid olub və yaralananlar da var.
Bu hesabla Qəzzə müharibəsinin jurnalist şəhidlərinin sayı 141-ə qədər yüksəlib.
Məlumata görə sionist hərbçilərin Rəfahın şərqindəki Əl Ceninə hücumu nəticəsində yaralanan Əl Cəmal aldığı ağır yaralar səbəbindən bu gün dünyasını dəyişib.