Qətər xarici işlər nazirliyi Həmas siyasi ofisinin ölkəsində olan nümayəndələyin Türkiyəyə köçürülməsi barədə xəbərlərə reaksiya verərək bu məsələnin gündəmdə olmadığını vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Qətər XİN sözçüsü Macid Əl Ənsari bu gün (19 noyabr) deyib: Həmas siyasi bürosunun Qətər ofisinin bağlanması məsələsi digər qaynaqlar tərəfindən deyil, məhz xarici işlər nazirliyi tərəfindən rəsmi surətdə elan olunmalı olan məsələdir. Halbuki bu mövzu gündəmdə deyil və biz Həmas-İsrail danışıqlarının yenidən baş tutmasına çalışırıq.
Əl Ənsari həmçinin əlavə edib: Qətər Qəzzədə atəşkəs və humanitar yardımların tezliklə fələstinlilərə çatdırılmasını istəyir. Danışıqlarda problemlər iki tərəf arasında ciddiyyətsizlikdən mənşələnir.