Prezident Pezeşkian vurğuladı ki, sionistlər bir daha səhv edərlərsə, bundan qat-qat sarsıdıcı cavab alacaqlar.
Qafqaztimes xəbər verir ki, Məsud Pezeşkian vurğulayıb ki, İran İslam Respublikası silahlı qüvvələrinin dünənki iftixarlı əməliyyatı bir daha sübut etdi ki, sionistlərin dəmir günbəzi şüşədən də kövrəkdir, əgər bu rejim xəta etmək istəsə, daha sarsıdıcı cavab alacaq.
Biz sübut etdik ki, millətimizin izzəti və qüruru ilə bağlı heç kimlə zarafat etmirik!
Məsud Pezeşkian hökumət heyətinin bu çərşənbə səhərki iclasında dünən gecə İran İslam Respublikası silahlı qüvvələrinin sionist rejimin hərbi və təhlükəsizlik mərkəzlərini hədəfə alması ilə bağlı iftixarlı əməliyyatını yüksək qiymətləndirərək dedi: Bu qürurverici əməliyyatdır və iranlıların milli qürurunu bir daha dünyaya nümayiş etdirdi.
Bu hücum beynəlxalq standartlara uyğun və sionist rejimin ölkəmizdə Şəhid Həniyyəni terror etməsinə, həmçinin Seyid Həsən Nəsrullahın və bir sıra müqavimət komandirlərinin şəhadətinə cavab idi.
Al-alam