Qafqaztimes xəbər verir ki, İran İslam Respublikası prezidenti Məsud Pezeşkian İsmail Həniyyənin şəhadətinə işarə edərək yazıb: İzzətli İran və Fələstin xalqı arasında bağlılıq əvvəlkindən daha möhkəm olacaq və məzlumların müdafiəsi həmişəkindən daha güclü şəkildə davam etdiriləcək”.
Prezident “Məsud Pezeşkian” virtual məkanda İsmayıl Həniyyənin şəhadətinə işarə edən məqalə dərc edərək yazıb: Bu gün əziz İran xalqı öz qəm və sevinc ortağı, müqavimət yolunun daimi və qürurlu yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Həniyyə üçün matəm saxlayır.
Prezident deyib: Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm.
Doktor Pezeşkian əlavə etdi: Şəhidlik ilahi insanların sənətidir. İki qürurlu İran və Fələstin xalqı arasındakı bağlılıq əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha möhkəm gediləcək.
İran prezidenti vurğulayıb: İran İslam Respublikası öz ərazi bütövlüyü, ləyaqət və şərəfini müdafiə edəcək və terrorçu işğalçıları qorxaq hərəkətlərinə görə peşman edəcək.
“Həqiqətən, Allah rəhm edən və intiqam alandır” (Qurani-Kərim)
Əl-Aləm