Düşmənin aramızda parçalanma və nifaq yaratdığını vurğulayan Pezeşkian deyib: 2 və ya 3 milyon israilli müsəlmanları məhv edir, qadınları və uşaqları, qocaları, cavanları, xəstələri öldürür, xəstəxanaları, məscidləri bombalayır və biz oturub baxırıq. Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir.
Qafqaztimes xəbər verir ki, müxtəlif İslam ölkələrindən olan mütəfəkkir və alimlərin iştirakı ilə keçirilən 38-ci Beynəlxalq İslam Birliyi Konfransında Məsud Pezeşkian çıxışında belə davam edib: Allah Rəsulu Mədinəyə hicrət edəndə oradakı qəbilələr düşmən idi və 100 ildir ki, bir-biri ilə vuruşurdular. İlk addımda Allah Rəsulu qardaşlıq müqaviləsini elan etdi, Peyğəmbər aralarında sülh yaratdı, səkkiz il sonra Məkkəyə gedəndə müsəlmanların müsəlmanlara qardaş olduğunu elan etdi. O kəslər ki, dünənə qədər ənsarları öz yurdlarından qovurdular və onlara işgəncə verirdilər peyğəmbər onlara da dedi: Siz hamınız qardaşsınız.
O əlavə etdi: İsrail bir-birimizlə ortaq baxışımız və dilimiz olmadığına görə cinayət törədir, İslam birliyimiz yoxdur, sadə şeylər üzərində döyüşürük. Namaz və oruc birlik üçündür, əgər birləşmirsinizsə, niyə namaz qılıb oruc tutursunuz?
Prezident davam etdi: Namaz qılmaq müsəlmanlar arasında birlik deməkdir, yəni ortaq dil və dünyagörüşü deməkdir, yəni qeyri-müsəlmanlar müsəlmanlara qarşı istədiklərini edə bilməzlər deməkdir.
Al-alam
1 şərh
أنابيب الميتال كوروجيت في العراق في مصنع إيليت بايب في العراق، نختص أيضاً في إنتاج أنابيب الميتال كوروجيت، المصممة لتكون قوية وقادرة على التحمل في التطبيقات الثقيلة. تم بناء أنابيب الميتال كوروجيت لدينا لتحمل الأحمال الثقيلة ومقاومة الضغوط البيئية، مما يجعلها مناسبة للاستخدام في إدارة مياه الأمطار، وبناء الطرق، والمجاري. مع التزامنا بالجودة والابتكار، تضمن شركة إيليت بايب أن هذه الأنابيب توفر أداءً استثنائياً ومتانة. كواحدة من المصانع الرائدة والأكثر موثوقية في العراق، نفخر بتقديم منتجات تتجاوز التوقعات. تعرف على المزيد حول أنابيب الميتال كوروجيت لدينا على موقعنا elitepipeiraq.com.